Kirayə mənzil almaq istəyənləri ən çox maraqlandıran SUALLARA CAVABLAR
23.12.2019 572 0 Admin

Kirayə mənzil almaq istəyənləri ən çox maraqlandıran SUALLARA CAVABLAR

Gündəm
В закладки
Kirayə mənzil almaq istəyənləri ən çox maraqlandıran SUALLARA CAVABLAR


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcək vətəndaşlar Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalardan kirayə mənzillər ala biləcək.

Fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq.

Kirayə mənzil layihəsindən yararlanamaq istəyən vətəndaşları ən çox maraqlandıran suallara cavabları təqdim edirik.

Kirayə alınacaq yaşayış sahəsinin maksimal alış qiyməti nə qədər olacaq?

Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər).

Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş faizi nisbətində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

Aylıq ödənişdən başqa əlavə ödəniş etmək olarmı?

Bəli, avans ödənişlər və yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişlərini edə bilərsiniz:

1) Yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişi, məbləği ən azı aylıq ödənişin məbləğinə bərabər olmaqla, edirsiniz və ödənişin hansı məqsədlə edilməsinə dair seçiminizi edirsiniz - kirayə müddəti saxlanılmaqla aylıq ödəniş məbləğinin azaldılması və ya aylıq ödəniş məbləği saxlanılmaqla kirayə müddətinin qısaldılması. Etdiyiniz ödənişdən və seçiminizdən asılı olaraq ayın 1- 5 tarixləri ərzində ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada güzəşt tətbiq ediləcəkdir və yeni ödəniş cədvəli tərtib edilərək Sizə təqdim ediləcəkdir.

2) Avans olaraq aylıq ödənişdən artıq ödəniş etdiyinizdə avans məbləği ödəniş cədvəlinə uyğun olaraq növbəti ödəniş vaxtları çatdıqda aylıq ödənişə yönəldilir.

Fondun satmaq öhdəliyi ilə kirayə verdiyi yaşayış sahələrini kimlər əldə edə bilər?

Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, məhkumluğu olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətlərində olmayan rəsmi gəlirlərə malik Azərbaycan Respublikasının vətəndaşları bu hüquqdan istifadə edə bilər.(BAKU.WS)
Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqsınız - ŞƏRTLƏR
Kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqsınız - ŞƏRTLƏR Ölkə prezidenti "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini
Aprel şəhidinin ailəsinə hər ay 1110 manat ödəniləcək
Cari il aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan
Azərbaycanda ipoteka ilə verilən mənzillər ucuzlaşır
Azərbaycan Beynəlxalq Bankının 20 illik ipotekanı dayandırması tikinti şirkətlərini sudan məhrum edilmiş balığın vəziyyətinə salıb. "Marja”nın məlumatına görə,
Yanvarın 1-dən bərbər, dərzi və ofisiantlar vergi ödəyəcək
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda
Nazirlikdən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərirlər.

Войти через: