"Bazarda bir, iki, üç manata araq satılır. Halbuki, bir litr araq üçün aksiz vergisi 4.8 manatdır. Necə olur ki, 4.8 manat aksiz vergisi olan araq bir-iki manata satılır?" Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. O bildirib ki, bu amil vergidən yayınma ilə bağlıdır: "Çünki məhsulun maya dəyəri keyfiyyətli istehsal xərcinə imkan verməlidir. Ondan sonra isə növbəti mərhələlər gəlir. Buraya topdansatış həlqəsində gəlirlilik məsələsi də aiddir. Bu da ona görə müəyyən edilir ki, vergidən yayınma halları olmasın". "Milli iqtisadiyyatımızın sütunları var. Buraya neft sənayesi aiddir. Bir də var, qeyri-neft sənayesini müəyyənləşdirən istehsal müəssisələri. Bu sənayenin qurulmasına milyonlarla vəsait sərf olunub. Lakin bu cür haqsız və qanunsuz sahibkarlığa görə işsizlik yaranır, qanuni iş yerləri arxa plana keçir, bu sənayenin iqtisadiyyata töhfəsi azalır.

"Komitə sədri: "Bazarda bir manata araq satılır"" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!