17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Qurban Qurbanov: "Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq"

Qurban Qurbanov: "Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq"

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiklərini bildirib:

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. "Tottenhem" hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. "Tottenhem"in stadionda və onların azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər".

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница