17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

"Kəpəz"dən dünyasəviyyəli antirekord

"Kəpəz"dən dünyasəviyyəli antirekord

Futbol üzrə milli çempionatlarda davam edən ən uzun uğursuz seriyalar açıqlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının autsayderi "Kəpəz" də həmin siyahıda yer alıb.

Gəncə təmsilçisi ardıcıl 10 oyunda məğlub olub. Qərblilərin bu seriyası hələ ötən mövsümdə başlayıb.

2023/24 mövsümünü 3 məğlubiyyətlə bitirən "Kəpəz" cari çempionatın 7 matçını xalsız başa vurub. Gəncə klubu son xalını mayın 4-də "Sumqayıt"la ev görüşündə alıb - 1:1.

Bu, dünyanın ən uzun seriyaları arasında 5-cidir. Amma daha böyük uğursuzluq yaşayan 4 komanda aşağı liqa təmsilçiləridir. Yüksək liqa klubları arasında dünya antirekordu "Kəpəz"a aiddir.

Qeyd edək ki, mütləq antirekord Yunanıstanın 2-ci liqasında 23 matç uduzan "Paniliakos"a məxsusdur.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница