Azərbaycan və Özbəkistan avtomobillərin yığılması layihəsi üzərində işləyir

Azərbaycan və Özbəkistan avtomobillərin yığılması layihəsi üzərində işləyir
0
---
Yayınlanma tarihi: 5-09-2024, 13:07

Azərbaycanın "Azərmaş" şirkəti və Özbəkistan CKD (Complete Knock Down) texnologiyasından istifadə etməklə "Chevrolet Cobalt" avtomobillərinin yığılmasının təşkili üzərində işləyir.

Bu barədə "Trend" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Cobalt" modelinin istehsal həcmi ildə 15 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub və onun buraxılışı 2025-ci ilə planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Hacıqabul şəhərindəki zavodda "Chevrolet Tracker" və "Chevrolet Onix" avtomobillərinin istehsalı da davam etdirilir.

Qeyd edək ki, Özbəkistanda minik avtomobilləri, yük avtomobilləri, kommersiya və xüsusi texnika, həmçinin avtobusların istehsal gücü ildə 500 min ədəddən çoxdur.

Özbəkistanda iri avtomobil istehsalı müəssisələri "UzAuto Motors", "MAN Auto Uzbekistan", "SamAuto", "ADM Jizzax"dır. Ölkə, həmçinin BYD (Build Your Dreams) elektrikli avtomobillərinin istehsalına başlayıb.

Öz növbəsində Azərbaycanda da maşınqayırma sənayesi inkişaf edir. İri müəssisələr olan "Azərmaş", "AzSamand", Gəncə və Naxçıvan şəhərlərində kommersiya və yük avtomobilləri istehsalı zavodlarıdır.

Xatırladaq ki, avqustun 22-də Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Danışıqlar nəticəsində 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırılıb.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!