Status üçün mənalı sözlər
Muxtelif 4

Status üçün mənalı sözlər

Status üçün mənalı sözlər axtarışında olan oxuyucularımız üçün əla fikirləri təqdim edirk. Burada dahi şəxslərin söylədiyi ifadələri və bir mox yığma şəkilə salınmış əla fikirləri gövrə bilərsiniz. İstənilən mövzuda axıcı və mənalı statuslar tapa biləcəksiniz. Ən yeni status üçün mənalı sözlər ilə tanış olmaöın zamanıdır.

Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil

Sadəlik – mənəvi gözəlliyin əsas şərtidir.

Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)

Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır.

Bütün aşiqlər divanədir.
Amma bütün divanələr aşiq deyil.

Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur.

Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır

Ən təhlükəli oğru vaxt oğrusudur. (C.Kolenso)

Heç nə nə gec olur, nə də tez…
Hər şey vaxtında olur.

İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. 

İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.

Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir.

Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq.

Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz

Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma

Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir.

Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər.

Yalan ilə qurulan yuvanın səadəti də yalandır. 

Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. 

Riyakar adamların
qiyafəti işıq, məzmunu kölgədir.

Bir şey nə qədər cidd-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar.

Rahət əziyyətdədir;
Şad yaşamaq səydə, qeyrətdədir.

Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.

Insanlar heç vaxt üzülməli deyil!
Çünki, hər bir gecənin bir gündüzü var

Uzun yazmaq üçün – yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün – düşünməyə.

Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır.

Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir.

İnsanın itirdiyi ən böyük şey zaman ola bilər.

Məkan zamanın bir anıdır.

Bəlkə də əsil dostluğun qiymətini bilmək üçün, əvvəl sevgini yaşamış olmalıyıq.

Ağa və qul arasında heç zaman dostluq ola bilməz.

Dar günün dostları gen gündə gendə durur.

Hamı ilə dost olanlar heç kimin dostu ola bilməzlər.

İki insanın kiməsə qarşı ən böyük nifrəti, ən güclü dostluğa gətirib çixardır.



Son xəbərlər