Bakının bağlanan məşhur bazarı açılır
30.07.2024 16 0 Admin

Bakının bağlanan məşhur bazarı açılır

---
В закладки

Ləğvetmə prosesində olan "Montin Bazar" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

BiG.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq sentyabrın 14-nə təyin olunub.

Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin ləğv olunmaması məsələsini müzakirə edəcəklər.

Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən il iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.

Amma cari il sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən il iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.

Eləcə də cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.

Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.

Qeyd edək ki, "Montin Bazar" ASC 8 oktyabr 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Emiliya Əlisa qızı Quliyevadır.


Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Dərslər sentyabrın 1-dən başlayacaq? - AÇIQLAMA
Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu
Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?
"Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil". Bunu Trend-ə Milli
Şahin Mustafayev İrana gedir
İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi
Prezident Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, “Bakı Nəqliyyat Agentliyinin

Войти через: