16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb

Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb

"Sənədsiz evlər, təbii ki, ölkədə hamını maraqlandıran və köklü həllini gözləyən önəmli məsələlərdən biridir".

Oxu.Az xəbər verir ki, bunu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, bu problem bir çox dövlət orqanlarının əlaqələndirici fəaliyyətinin həyata keçirilməsini nəzərdə tuturdu:

Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb

"Bu gün tədbirlər planımızda da bununla bağlı müddəalar var. Bu məqsədlə, məhz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu fəaliyyəti tənzimləməyə cəlb olunacaq dövlət orqanlarının iştirakı ilə - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və s. - xüsusi komissiya yaradılıb.

Komissiyanın fəaliyyətinin əsas məqsədi bu sahədə olan problemlərin həllinə yönəlmiş normativ-hüquqi aktların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsidir. Artıq ilkin olaraq layihə üzərində müzakirələr başlayıb".

Əzizə İsmayılova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница