Bakıda FACİƏ: 3 yaşlı uşaq öldü

Bakıda FACİƏ: 3 yaşlı uşaq öldü
0
Gündəm
Yayınlanma tarihi: 22-07-2024, 10:21

Bakıda avtomobil ana və balanı vurub, azyaşlı ölüb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.


Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!