Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi
1-07-2024, 08:55
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться
Artıq həkimin saxta rəyi əsasında hərbi xidmətdən yayınmaq mümkün olmayacaq.
Xezerxeber.az-ın məlumatına görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Burada 4 kateqoriyadan olan çağırışçılar yoxlanılır.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.
Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır.
O da qeyd olunub ki, bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.
Ətraflı süjetdə:
1-07-2024, 08:55
2-07-2024, 08:05
21-02-2024, 18:49
3-07-2024, 07:31
18-01-2024, 17:53
Комментариев нет