16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Turist pul ödəməmək üçün aviaşirkəti "aldatdı" - VİDEO

Turist pul ödəməmək üçün aviaşirkəti "aldatdı" - VİDEO

Böyük Britaniyanın Lids şəhərindən olan 23 yaşlı rəqqasə Dilan Springer təyyarədə əlavə baqaja pul ödəmək istəməyib və qaydaları keçmək üçün yaradıcı bir yol tapıb.

Lent.az xəbər verir ki, gənc oğlan tez bir zamanda populyarlıq qazanan "TikTok"da yayımlanan videoda təcrübəsindən danışıb.

Hər şey Yunanıstanın Kos adasındakı hava limanında təyyarəyə minərkən başlayıb. Dilan qeyd edib ki, digər sərnişinlər baqaj normasından artıq daşıdıqlarına görə 48 funt sterlinq cərimə olunurlar. Əlavə pul ödəmək istəməyən oğlan hiylə işlətməyə qərar verib. Köynəyini belinə bağlayaraq çantasını içəriyə çevirib, sandalını corabının altına doldurub, cibinə kitab və yemək qoyub, portativ şarj cihazını isə sviterinin cibində gizlədib.
İnternetdə yayılan videoda Dilanın paltarından gizli əşyaları və qəlyanaltıları çıxarıb, təyyarəyə minməzdən əvvəl yenidən çantasına qoyduğu görünür. "Ümid edirəm ki, ayaqlarıma baxmazlar və mənim necə şişkin olduğumu görmürlər" deyə britaniyalı videoda danışıb. O, tutulmaq qorxusuna baxmayaraq, nəzarətdən görünmədən keçə bilib.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница