Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BiG.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb. Xaçmaz rayon sakini, 59 yaşlı Nigar Səfərəliyevanı VAZ markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb. İlkin məlumata görə, hadisə N.Səfərəliyeva Ağalıq kəndində toy məclisindən çıxan zaman baş verib. Faktla
"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qiymət artırmaq kimi səlahiyyəti yoxdur. Bununla əvvəllər Tarif Şurasının məşğul olduğunu xatırladan qurum rəsmisi deyib ki, hazırda bu
Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur. BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, belə rayonlardan biri Ağsudur. Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur. Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb
Bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur. Musavat.com xəbər verir ki, Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq
Xalq artisti Aygün Kazımova daha bir görüntüləri ilə gündəmə gəlib. BiG.AZ xəbər verir ki, ifaçı "instagram" hesabında yeni fotolarını paylaşıb. A. Kazımovanın fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb. İfaçı geyimi ilə diqqət çəkib. Həmin fotoları təqdim edirik:
Bolqarıstan çempionu biatlonçu Krasimir Anev mədəsindən güllə yarası alaraq tibbi komaya düşüb. Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, noyabrın 1-də idmançı güllə yarası ilə Kyustendil şəhəri yaxınlığındakı bəndin yaxınlığında tapılıb. Hazırda Anev ağır vəziyyətdə reanimasiyadadır. Polisin məlumatına görə, biatlonçu özünü mədəsindən güllələyib. 36 yaşlı Anev fərdi yarışda 2019-cu
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Xarici İşlər Nazirliyində mətbuat konfransında yalan açıqlama ilə çıxış edib. Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə "Real" Televiziyasının müxbirinin sualına yanlış və
Bakıda cəzaçəkmə müəssisəsində daha bir məhkum ölüb. Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin həbsxanalarından birində qeydə alınıb. Burada cəza çəkən 47 yaşlı Əliyev Habil Zabil oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Sumqayıtda mənzildən meyit tapılıb. APA xəbər verir ki, hadisə 20-ci məhəllədə baş verib. 1974-cü il təvəllüdlü Mehman Rəsul oğlu Orucovun meyiti kirayə qaldığı fərdi mənzildə aşkar olunub. Ölümün səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Bu ilin əvvəlindən Azərbaycan əhalisinə sosial ödənişlərin məbləği 900 milyon manatı keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur. "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib. "Ödənişin böyük hissəsi pensiya təminatına
ABŞ-li aktyor və "Dostlar" serialının ulduzu Metyu Perri Los-Ancelesdəki "Forest Lawn" qəbiristanlığında dəfn edilib. Məlumata görə, vida mərasimində aktyorun yaxınları ilə yanaşı, serialdakı 5 həmkarı - Cennifer Aniston, Liza Kudrou, Devid Şvimmer, Kortni Koks və Mett LeBlan iştirak ediblər. Ümumilikdə dəfn mərasimində 20-yə yaxın adam olub. Qeyd olunub ki, qəbiristanlıq
Bir çox insan çox yetişmiş, buruşmuş xiyarı istifadə etmədən atır. Amma həmin xiyarı bəzi yeməklərlə birgə istifadə edə bilərsiniz. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilk növbədə xiyarın qabığını soymaq lazımdır. Sonra onu duzlayıb müxtəlif yeməklərdə, o cümlədən salatlarda istifadə edə bilərsiniz. Bundan əlavə pəhriz salatlarının hazırlanmasında da istifadə edilə bilər.