Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 204 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza vaksinasiya olunanların sayı 10 olub.

İtaliya QİÇS əleyhinə pulsuz dərman paylayır

İtaliyada QİÇS əleyhinə olan "PrEP" adlı dərmanın pulsuz verilməsi rəsmi şəkildə təsdiqlənib. Lent.az xarici mediaya istinadla bildirir ki, dərman hazırda A qrupuna daxildir. Buna görə də onun pulu Milli Səhiyyə Xidməti tərəfindən ödənilir. Bildirilir ki, "PrEP"in pulsuz olması QİÇS-in qarşısının alınmasında irəliyə doğru mühüm addımdır. Çünki bu, dərmanı bütün insanlar üçün

On beş yaşında evdən qaçdı, əmisi onu öldürmək istədi - Röya onu niyə məhkəməyə verdi?

BiG.AZ Kulis.az-a istinadən xanəndə, Əməkdar artist Aygün Bəylər haqqında maraqlı faktları təqdim edir. Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakıda çoxuşaqlı ailədə anadan olub. Beş uşaqlı ailənin ilk övladı olan Aygünün anası işlədiyi üçün digər uşaqları hər gün Aygünə etibar edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olur ki, orta məktəb təhsilini belə düz-əməlli

Operatoru öldürən aktyor bəraət qazandı

Aktyor Alek Bolduinə qarşı qəsdən adamöldürmə ittihamı ləğv edilib. OLAY yazır ki, bu barədə aktyorun vəkilləri açıqlama veriblər: "Biz Alek Bolduinə qarşı ittihamların ləğv olunması qərarından məmnunuq və bu faciəli hadisənin detallarını hərtərəfli araşdırmağa çağırırıq". Qeyd edək ki, "Rust" ("Pas") filminin çəkilişləri zamanı Bolduin həqiqi döyüş patronları ilə

Əsir hərbçinin anası: "Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq"

"Oğlumun yazdığı məktubu hələ də bizə gətirib çatdırmayıblar". Bunu Modern.az-a Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. "Övladımdan xəbərsizəm. Onun yazdığı məktubu gətirməyiblər. Məktubda nə yazılıb, onu da demirlər. Qırmızı Xaçdan deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq. Biz övladımızla görüntülü danışıq

Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?

Cənubi Afrika Respublikasının hakim partiyası ölkənin Roma Statusundan çıxması ilə bağlı daxili müzakirələr aparıb. Buna səbəb Roma Statusu əsasında fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verməsi olub. Hakim partiyanın icra orqanları dördgünlük iclaslara başlayıb və bu iclaslar zamanı Roma Statusundan imtina məsələsi

Avropa çempionatı: Rafiq Hüseynov erməniyə qalib gələrək yarımfinala çıxdı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start götürüblər. 60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub. 67

"Kişilərin əvvəlki gücü qalmayıb" - Samirədən ŞOK AÇIQLAMA

"Hər şey dəyişib. Qadınlar bu dəqiqə "Cütcü" oynayır, kişilər "Ceyranım"ı oynayırlar". Bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu Ülvira Qarayevanın "AStar" verilişində deyib. Samirə kişilərin əvvəlki enerjisinin qalmadığından giley-güzar edib: "Allaha and olsun kişilərin əvvəlki ruhu qalmayıb. Kişilər - yazıqlar gücdən düşüblər hərtərəfli.