Ronaldudan daha bir rekord

Hücumçu Kriştianu Ronaldu cümə axşamı Portuqaliya milli futbol komandasının heyətində 197-ci matçında meydana çıxaraq yığmada ən çox oyun keçirən futbolçu olub. O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunun Lixtenşteynlə ev oyununda start heyətində yer alıb. Forvard millinin heyətində meydana 196 dəfə daxil olan küveytli oyunçu Bader əl-Mutavanın nailiyyətini geridə qoyub.

Bərdədə sürücü piyadanı vuraraq öldürdü

Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. BiG.AZ report-a istinadən xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə etdiyi "Khazar SD" minik markalı avtomobillə rayonun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada, Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il

Güclü geomaqnit qasırğası müşahidə edilir

"Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir". BiG.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika

İftara nə hazırlamaq olar?

Bu gün Ramazan ayının ikinci günüdür. May.az sizə iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir: Ədviyyatlı kök şorbası Tərkibi: 0,5 kq kök 1 ədəd orta boy soğan 4 yemək qaşığı zeytun yağı 1 litr toyuq suyu Yarım limonun suyu 1 çay qaşığı qara bibər Bir qədər təzə doğranmış keşniş Zövqə görə duz Hazırlanma qaydası: Soğanı küp şəklində doğrayın və zeytun yağında rəngi dəyişənə qədər

Şirvan kanalından meyit tapıldı

Şirvan kanalından meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, "112" qaynar xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət

Sabah 23° isti olacaq

Martın 25-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.