Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi "Naz-Lifan 620" markalı avtomobili aşırıb. DİN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb. Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə
"Bu gün Polad Həşimovun ad günüdür. Oğlum yaşasaydı 48 yaşı olacaqdı". Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Şəhidlər xiyabanında oğlunun 48-ci doğum günü münasibətilə təşkil edilən mərasim zamanı deyib. O bildirib ki, şəhid anaları bu gün Poladın xatirəsini yad edirlər: "Bütün
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. "Qafqazinfo" xəbər verir ki, Milli Qəhrəmanın dünyaya gəlməsindən 48 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Oxu.Az xəbər verir ki, P.Həşimovun xatirəsi 48-ci doğum günündə anası Səmayə Həşimova ilə birlikdə xalqımız tərəfindən İkinci Şəhidlər xiyabanında, məzarı qarşısında ehtiramla anılıb. Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Polad Həşimov başda olmaqla bütün
Aprel döyüşlərində şəhid olan Sərvan Mehrəliyevın anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda şəhid qardaşı Elyar İslamoğlu məlumat yayıb. O qeyd edib ki, şəhidin anası Xatirə xanım bu gün dünyasını dəyişib. O, Ağdamda, oğlunun yanında dəfn olunub. Allah rəhmət eləsin. Qeyd edək ki, 1997-ci il təvəllüdlü S.Mehralıyev 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. O,
Ölkənin ən qalmaqallı və reytinqli verilişlərindən olan "Maşın" şou yenidən başlayır. OLAY-ın əldə etdiyi məlumata görə, proqramın 19-cu mövsümü Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə yaz aylarında sözügedən kanalda təqdim ediləcək. Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə ATV-də yayımlanan şounun qalibi Suna Kasımoğlu olmuşdu.
Türkiyədə 2022-ci ildə yeni doğulan 1 022 737 körpə qeydə alınıb. Onlara ad seçrkən valideynləri oğlanlar üçün Alparslan, qızlar üçünsə Zeynəb adına üstünlük veriblər. Belə ki, 2022-ci ildə doğulan 8 366 oğlana və 8 870 qıza məhz həmin adlar verilib. Həmçinin populyar oğlan adları arasında Yusif, Miraç, Göktuğ, Ömər Asəf, Eymen, Aras, Ömər, Mustafa və Əli Asəf adları da var. Qızlar arasında isə
Bir çox vitamin əlavələrinin sağlamlığa heç bir müsbət təsiri yoxdur. Medicina.az xəbər verir ki, Toronto universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. "Science Daily"nin xəbərinə əsasən, qida əlavələrində geniş yayılmış kalsium, C və D vitaminləri xroniki xəstəliklərin profilaktikasına heç bir müsbət və mənfi təsir göstərmir. Həmçinin B vitamini və foli turşusu
Amerika alimləri xüsusi avadanlığın köməyi ilə bizi əhatə edən müxtəlif əşyaların üzərində olan mikrobların sıxlığını yoxlayıblar. Bu göstəriciyə görə ən çirkli 5 əşya təyin olunub: 1. Pul. 2. İctimai nəqliyyatda tutacaqlar. 3. Kompüter klaviaturası. 4. Qab yumaq üçün qubka. 5. Buraxılış vərəqələri və nəqliyyat kartları. Alimlər pula və nəqliyyatda tutacaqlara toxunduqdan sonra əlləri nəm
Ağızda çürük dişlərin olması tək kosmetik defekt deyil. Çürük dişlərdə patoloji mikroblar (stafilokokklar, streptokokklar) sürətlə çoxalır və sonra qan axını ilə bütün orqanizm boyu yayılır ki, bunun nəticəsində insanda çox ciddi pozulmalar inkişaf edə bilər. Araşdırmalar göstərir ki, çürük dişlər mədə-bağırsaq sistemində ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Çürük dişlər limfa