Pensiya alanların NƏZƏRİNƏ: Bu məbləğ geri ödəniləcək

"Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin növbəti iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur". BiG.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov

Hadisə 2022-ci illə belə vidalaşdı - VİDEO

2022-ci ildə özəl həyatı ilə tez-tez gündəmə gələn məşhur türkiyəli müğənni Hadisə maraqlı paylaşım edib. BiG.AZ xəbər verir ki, o, 14,2 milyon izləyicisi olan "İnstagram" səhifəsində il boyu çəkdiyi cəlbedici şəkillərdən ibarət vida videosu dərc edib. Hadisə paylaşımının şərh bölməsində bu sözləri qeyd edib: "Söz verirəm, 2023 daha gözəl olacaq" Həmin videonu təqdim edirik:

Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları - FOTOLAR

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb. Qaynarinfo xəbər verir ki, jurnalist-bloqer Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib. Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC

Bu həftəsonundan bayram tətili başlayır

Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır. BiG.AZ xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 Yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Meşədə insult keçirən ovçunu itləri xilas etdi - İnanılmaz olay

İtlər, ov edərkən insult keçirən sahiblərini soyuq havada isidərək, onu ölümdən xilas ediblər. Publika.az xəbər verir ki, bu barədə Rostov vilayətinin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması departamenti bildirib. "İki ov iti sahibinin soyuqda sağ qalmasına kömək edib. Onlar insult keçirən şəxsi tərk etməyiblər, onu hərarətləri ilə isidiblər", - deyə qeyd edilib.

ABŞ əhalisinin 70 faizindən çoxu qarlı havanın fəsadları ilə üzləşib

ABŞ-ın 240 milyona yaxın sakini - əhalinin 70 faizindən çoxu şiddətli qar fırtınasının fəsadları ilə üzləşib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb. Ölkənin bəzi şəhərlərində havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşüb. İqlimi adətən mülayim olan Texas ştatının Dallas şəhərində temperatur mənfi 23 dərəcəyə enib.