17 супружеских пар Голливуда, глядя на которых начинаешь верить в вечную любовь

Несмотря на то, что долгие браки в Голливуде — скорее исключение, чем правило, прочные узы некоторых пар доказывают, что любовь может быть сильнее всех искушений, которые таит в себе слава. Наблюдая за ними на протяжении десятилетий, мы понимаем, что ключ к прочному союзу — серьезность намерений и преданность обоих супругов в равной степени.

Kreml uğursuzluğun günahını generalların üzərinə atır

Rusiya hərbi rəhbərliyindəki istefalar onu göstərir ki, Kreml Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atır. Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, noyabrın 3-də Mərkəzi Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Lapinin yerinə general-mayor Aleksandr

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun

Azərbaycanda faciə: Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü - YENİLƏNİB

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı kanala düşən şəxsin meyiti tapılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, qəzada həlak olan gəlin Nuranə Hüseynova ilə Günay Hüseynova əmiqızıdırlar. *** Daxili İşlər Nazirliyi

Milli Parklar ağ örpəyə büründü - FOTO

Ötən gündən bəri yağan qar milli parklarda füsunkar mənzərələr yaradıb. BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında qar örtüyünə bürünən Altıağac və Şahdağ Milli Parklarının görüntüləri paylaşılıb. Qar görüntüləri milli parkların gözəl təbiətinə daha da gözəllik qatıb.

Bakıda şadlıq saraylarında menyuların qiyməti artdı

Bakıda şadlıq saraylarında menyuların qiyməti bahalaşıb. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 43.0 faiz artıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində oktyabr ayında əvvəlki aya nisbətən 8 faiz artım qeydə

Selena Castinlə ayrılığından danışıb ağladı

Məşhur müğənni Selena Qomezin həyatından bəhs edən "Ağılım və mən" adlı sənədli film nümayiş olunub. BiG.AZ axşam.az-a istinadən bildirir ki, ifaçı həyatındakı ən ağır hadisələrdən, o cümlədən səkkiz il birlikdə olduğu Castin Biberdən ayrılmasından danışıb. 30 yaşlı müğənninin sözlərinə görə, bu münasibətin sonu onun həyatının ən kədərli və təcrübəli hadisəsi olub. Selena çətin dövrün

Sırğalar başına bəla oldu

Əməkdar artist Ruhəngiz Allahverdiyevanın taxdığı ağır sırğalar başına bəla olub. Axşam.az xəbər verir ki, müğənninin qulağının sırğa taxdığı hissə cırılıb. Allahverdiyeva bunun üçün əməliyyat olunub. Bu haqda "Elgizlə izlə" verilişində məlumat verilib. Bildirilib ki, müğənni qulağındakı qüsuru aradan qaldırıb.

Bakı avtovağzalından 51 minlik OĞURLUQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları (təxminən 51 min manat) və geyim əşyaları olan çanta oğurlanıb. Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış

Daha bir ölkədə koronavirus qadağaları ləğv olundu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti noyabrın 7-dən etibarən koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş bütün məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Medicina.az xarici KİV-lərə istinadən xəbər verir ki, tibb müəssisələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mərkəzlər istisna olmaqla, bütün açıq və qapalı müəssisələrdə, o cümlədən ibadət yerlərində, məscidlərdə

Bu sosial şəbəkədə məşhurlara mesaj yazmaq PULLU OLACAQ

ABŞ-ın "Twitter" şirkəti sosial şəbəkədə bir sıra pullu funksiyalarla çıxış edəcək. Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu funksiyalar içərisinə o cümlədən tanınmış istifadəçilərə şəxsi mesajlar göndərmək imkanlarını da daxil edəcək. Həmçinin ayrı-ayrı videolara baxmaq da pullu xüsusiyyətlər hesab olunur. Ödənişli xüsusiyyətlərlə bağlı müzakirələr şirkəti "Tesla"

Sabahın hava proqnozu AÇIQLANDI

Ölkə ərazisində noyabrın 8-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz