Uqandada Ebola virusuna yoluxma halları artır

Uqandada Ebola virusuna yoluxanların sayı 65-ə çatıb. Ölkənin Səhiyyə Nazirliyi xəstəxanada hələ də aktiv xəstələrin sayının doqquz olduğunu, sağalanların ümumi sayının isə 26-ya yüksəldiyini bildirib. Bununla belə, hökumət epidemiyanın tezliklə bitəcəyinə əmindir. "Səhiyyə Nazirliyinin son rəqəmləri epidemiyanın həqiqətən də nəzarət altında olduğunu göstərir", - qurumun açıqlamasında

Çin Polşa müdafiə nazirinin təyyarəsini öz hava məkanına buraxmadı

Oktyabrın 22-də Polşanın müdafiə naziri Mariuş Blaşçak ilə cənubi koreyalı həmkarı arasındakı görüş ləğv edilib. Buna səbəb Çinin Seula üçün Polşa təyyarəsini öz hava məkanına buraxmaması olub. Qadağa müdafiə nazirlərinin şəxsən görüşməsini mümkünsüz edib. Nəticədə onlar videokonfrans vasitəsilə əlaqə saxlamalı olublar. Rəsmi açıqlamada Polşa Müdafiə Nazirliyi təyyarənin nasazlığı səbəbindən

Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakının Nərimanov rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib. "Report"un məlumatına görə, Ağa Nemətulla küçəsində 1999-cu il təvəllüdlü Vəlizadə Fuad Elşən oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Gəncədə 3 evdən oğurluq edilib, saxlanılan var

Gəncə şəhərində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və müxtəlif inşaat materialları oğurlanıb. "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən yerli sakin A.Məmmədov saxlanılıb. Qeyd edək ki, A.Məmmədov əvvəllər də məhkumluq həyatı

Əmisi arvadı ilə münasibəti olan şəxsi qətlə yetirən yeniyetməyə HÖKM OXUNDU - VİDEO

Bakıda yas yerində 2021-ci ilin iyulun 12-də Elnar Qədimovu öldürən Bəhruz Mehrəliyevə hökm oxunub. Belə ki, Bəhruz Mehrəliyev 2005-ci ildə Bakıda anadan olub. O, əvvəllər məhkum olmayıb. Bəhruz Mehrəliyəv əmisi Bəhrəm Mehrəliyevin həyat yoldaşı Mərcan Mehrəliyevanın ərinin ölümündən bir il keçməmiş evində usta işləyən Elnar Qədimovla yaxın münasibətdə olmasını bilib. O, bunu ailəsinin şərəf və

Tərtərdə minaya düşən şəxslə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Tərtərdə minaya düşən rayon sakininin xəstəxanada müalicəsi davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb

Daşkəsəndə ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Niva"ın sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb, 2 nəfərin yüngül xəsarət aldığı bildirilir. Faktla

Bred Pitt yaşlı Formula 1 pilotunu canlandıracaq

Bred Pitt Formula 1-ə həsr olunmuş filmdə yaşlı yarışçısı rolunu oynayacaq. Çəkilişlərə "Top Gun: Maverick"in rejissoru Cozef Kosinski rəhbərlik edəcək. Filmin prodüseri isə Cerri Brukheymer olacaq. "Mercedes" pilotu və yeddiqat Formula 1 çempionu Lyuis Hemilton çəkiliş meydançasında yaradıcılara məsləhət verəcək. Filmin ərsəyə gətirilməsində Pittin istehsal şirkəti

Mingəçevirdə aptek sahibi özünü güllələdi

Mingəçevirdə aptek sahibi özünü güllələyib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Günəş küçəsində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu günə qədər meymunçiçəyindən ölənlərin sayı AÇIQLANDI

Bu günə qədər dünyada meymunçiçəyi virusuna 73 min 437 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyası ilə bağlı hesabatında qeyd edilib. ÜST-ün açıqlamasında bildirilir ki, oktyabrın 5-i ilə müqayisədə bu gün yoluxanların sayı 6,6 faiz artıb. Ümumilikdə bu dövrdə 4 min 537 yeni yoluxma halı aşkarlanıb. Meymunçiçəyi virisuna indiyə qədər