Türkiyəli aktrisa Biran Damla Yılmaz məşhur Amerika istehsalı "Dr. Death" layihəsindən imtina edib. Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın hazırda "Yasak elma" serialında rol alması olub. Çəkilişlərin üst-üstə düşməsi səbəbindən o, ekran işindən imtina edib. Qeyd edək ki, Biran sözügedən serialda "Kumru" obrazını canlandırır.
Azərbaycanda oktyabrın 1-dən ov mövsümü başlayıb. Oxu.Az-ın məlumatına görə, 2022-2023-cü ili əhatə edən ov mövsümündə subataqlıq quşları, məməli heyvanlardan isə çöl donuzu, dovşanın ovlanmasına icazə veriləcək. Qeyd edək ki, ov mövsümü adətən sentyabr ayının əvvəli üçün açıq elan edilir. Bu il meşə ərazilərində və bəzi ovçuluq təsərrüflarında yanğınların baş verməsi ov mövsümünün açılmasını
Dənizkənarı Milli Parkda 22 yaşlı qız intihar edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib. Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Kəmalə Qoşqar qızı Babayeva özünü dənizə ataraq öldürüb. Boğularaq ölən qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Səbail
"Meta"nın rəhbəri Mark Zukerberq son 12 ayda şəxsi sərvətinin yarıdan çoxunu itirib və "Forbes"in versiyasına görə ABŞ-ın ən varlı adamları siyahısında ilk 10-luqdan çıxıb. Nəşrin məlumatına görə, iş adamı üçüncü yerdən on birinci yerə düşüb. Belə ki, Zukerberq şirkət səhmlərinin ucuzlaşması fonunda təxminən 76,8 milyard dollar itirib. Sentyabrın əvvəlinə onun aktivlərinin
Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur. Saglamolun.az oxucularına təzyiqi tənzimləyən faydalı qara qarağat çayının reseptini təqdim edir. 3 x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və gün ərzində adi çay kimi için. Bu çay təzyiqi
İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır. Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır. Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır. Xuramın tərkibində olan fizetin maddəsi
Azərbaycanda oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21, gündüz 25-29,