Rəsulzadənin daha bir NADİR FOTOSU üzə çıxdı - HƏRRACDADIR

Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, 1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto feysbukda "Auksion/Hərrac" səhifəsində həraca çıxarılıb. Fotonun əski

Bu mahnını qoşanda notbuk xarab olur - VİDEO

"Microsoft"un rəsmi bloqunda notbukları sözün əsl mənasında "öldürən" mahnıdan bəhs edilib. Bu hadisə "Windows XP" dövründə yaşanıb. Bildirilir ki, nəhnəg istehsalçılardan biri tanınmış amerikalı müğənni Canet Ceksonun "Rhythm Nation" klipinin kompüterdə işə salınandan sonra onların sıradan çıxdığını və sərt disklərinin xarab olduğunu müəyyən edib. Özü də

Dünyanın ən güclü və ən sürətli rodsteri təqdim olundu – VİDEO

ABŞ hiperkarı "Hennessey Venom F5 Roadster"in kabriolet versiyası təqdim olunub. O, dam örtüyü olmayan ən sürətli seriya avtomobilidir. Belə ki, yeni rodsterin maksimal sürəti saatda 482 kilometrdən yüksəkdir. "Venom F5 Roadster" 1842 at gücü və 1617 Nm fırlanma anı hasil edən 6,6 "Fury bi-turbo" səkkizlik mühərriklə təchiz edilib. Sürət qutusu isə bir muftalı yeddi

Sabahın hava PROQNOZU

Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 35-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu

Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı - FOTO

Darçın, nanə və zəncəfil iştahı azaltmaq, həzmi, sinir sistemini normallaşdırmaq, həmçinin qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə pəhriz zamanı insana əvəzsiz köməkçidir. Bu barədə rusiyalı dietoloq, RF Milli Dietoloqlar, Nutritionistlər Assosiasiyasının üzvü, tibb elmləri namizədi Daria Rusakova iştahı azaldan ədviyyatlardan danışarkən bildirib. Onun sözlərinə görə, darçın maddələr

Bakıda 16 yaşlı oğlan itkin düşüb

Bakıda 16 yaşlı oğlan itkin düşüb. "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Hüseynov Elşad Həbib oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Çörək 5 qəpik BAHALAŞDI

İri un və çörək istehsalçıları birgə məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq

İnsanlara dönər yox, leş ət yedizdirirlər

"Əslində normal dönərin qiyməti 4 manat olmalıdır" "Ancaq vəziyyət onu göstərir ki, leş yığanlar dayanmır və bu qidanın hazırlanmasında ölmüş heyvan ətlərindən istifadə edilir" Dönər Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən ‘’fast-food’’dur. Xalqımızın vazkeçilməzinə çevrilən bu qidanın satış qiymətindəki fərqlər də diqqətçəkəndir.

Hamam otağında bunu etmək olmaz

Hamam otağında hətta suya davamlı smartfonlardan istifadə cihazın daxilində qısaqapanmaya və onun xarab olmasına səbəb bilər. Lent.az "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Roskaçestvo Rəqəmsal Ekspertiza Mərkəzinin rəqəmsal məhsulların sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko bildirib. "Müasir smartfon modelləri IP68 standartına uyğun olaraq nəm