İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4 dərəcə yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, Naxçıvan MR-də, Şərqi Zəngəzur və Qarabağ bölgəsində, Qazax-Gəncə, Mərkəzi-Aran rayonlarında isə bir qədər az olacağı ehtimal olunur. Birinci ongünlüyün
Almaniya və Yunanıstan “dairəvi mübadilə” çərçivəsində rəsmi Afina tərəfindən Ukraynaya sovet tanklarının tədarükü barədə razılığa gəlib. Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının növbədənkənar sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. “Bizim etdiyimiz şey Ukraynanı müdafiə mübarizəsində dəstəkləməkdir. Biz bunu edirdik
“Formula Azerbaijan Grand Prix 2022” yarışına hazırlıq dövrü keçirilir. Bununla əlaqədar tədbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolağların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur. Hərəkət iştirakçılarımızı səbrli, təmkinli olmağa çağırırıq”. Bunu Bakı şəhər DYP-nin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bu tədbirin dövlət
İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub. Qalanews xəbər verir ki, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq. Beləliklə, iyunun ayının 15-i və