Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Vətən Müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib. BiG.AZ "Qafqazinfo"ya istinadən bildirir ki, qazi bu gün dünyasını dəyişib. Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb. Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da,
Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu yenidən aktiv edilib. Xəzərxəbər DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 09:40-a olan məlumata görə 40 min 403 nəfər (Azərbaycan bölməsi 39 min 254, rus bölməsi 1149) ərizəsini təsdiq edib. Aşağıda qeyd edilən
Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır. Bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib. Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək
Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. "İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub", - nazirlikdən bildirilib. Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün
Elm adamları uzun illər Ekvadordakı nəhəng tısbağaların uzunömürlülüyünün sirrini araşdırıblar. Bir qayda olaraq, onlar 100 ildən artıq yaşayırlar. Nəhayət ki, ABŞ-ın Buffalo Universitetinin alimləri nəhəng tısbağalarda genlərin əlavə nüsxələrinin olduğunu müəyyən ediblər. Bu barədə "Genome Biology and Evolution" jurnalında dərc olunana məqalədə bildirilib. Qeyd olunub ki, məhz bu,
Meksikada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib. "Report" xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Huqo Lopes-Qatell bildirib. "Virusun aşkarlandığı 50 yaşlı Nyu-York sakinidir və ehtimal ki, Niderlandda yoluxub. O, hazırda Mexikodadır. Xoşbəxtlikdən onun vəziyyəti stabildir, vəziyyəti yaxşıdır"-deyə, o bildirib.
Yaş artıqca ən çox narahatlıq yaradan problemlərdən biri də dəridə yaşlanma əlamətlərinin və qırışların yaranmasıdır. Axşam.az bunu ləngidən və cildin təravətini uzun müddət saxlamağa imkan verən üsulları təqdim edir. Əlcəklə işləyin Əlləri qorumağın başlıca yolu onları nəmləndirməkdir. Lakin gündəlik görülən işlər, qabları yumaq cildi zədələyir. Su və kimyəvi maddələrlə təmasda olduqca əllərdə
Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sıxıldayıb ağrımasından şikayətlənir. Əvvəllər bu ağrılar 50 yaşdan sonra insanlarda eşidilirdi. İndi isə gənclər də sümüklərin, diz və biləklərinin sancmasından gileylənir. Bir çoxu bunu revmatizmə, bir çoxları isə meteohəssas olduqları üçün yağışı, küləyi əvvəlcədən hiss etdiklərinə yozur. Nəyə görə
"İki həftə əvvəl Rize-Artvin hava limanının açılışında qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik, bu gün də burada birlikdəyik". APA-nın xəbərinə görə, bunu bu gün "TEKNOFEST Azərbaycan" festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə Prezidenti Nobel mükafatı laureatı Əziz Səncərə festivala qatıldığı üçün təşəkkür edib: "Qafqaz
May ayının 27-də Vətən müharibəsi zamanı azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərinin ilk sevincini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Azərbaycanın Müstəqillik Gününün 104-cü ili
Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.