"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!". "Report" xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. "İşğalçıların etirazı və təhqiri ilə yanmış Ukrayna torpağımızın hər qarışı bütün Ukraynanın qələbəsinə
Qastroenteroloq Nuriya Dianova və dietoloq Polina Korolyova stresin sağlamlığa təsiri barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin fikrincə, stres qıcıqlanmış bağırsaq sindromunu (QBS) daha da gücləndirir. Bu xəstəlik zamanı qarın ağrısı, ishal, köp müşahidə olunur. "Çox vaxt QBS olan insanlara depressiya, narahatlıq, yuxu pozğunluğu diaqnozu qoyulur. Bu xəstəlik həyat keyfiyyətini
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İngiltərənin "Çelsi" klubunu almaq üçün 1,5 milyard funt sterlinq ödəməyə hazırdır. "Report"un məlumatına görə, 34 yaşlı döyüşçü bu barədə tviterdə bildirib. Makqreqor Roman Abramoviçin klubu 3 milyard funta satmaq istədiyi barədə xəbəri paylaşaraq, "1,5 milyard funt sterlinq təklifimi
Mövsümlə əlaqədar qiyməti bahalaşsa da, hər kəs bazara üz tutub meyvə alır. Çünki, orqanizm üçün ən faydalı nemətlərdəndir meyvə-tərəvəzlər. Ancaq hazırda satışda elə meyvələrdə var ki, qiymətinə yaxın düşmək mümkün deyil. Məsələn alça. Kiloqramı nə az nə çox düz 500 manata satılır bu meyvənin. Hansı ki, mövsüm vaxtı alçanı 2-3 manata da ala bilirik. Qiymətləri od-tutub yanan təkcə alça deyil.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Vladimir Zelenskinin onunla Türkiyədə görüşmək niyyəti barədə məlumat verib, Ankara bu istiqamətdə işi davam etdirəcək". Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. "Artıq prezidentimiz bu mesajı Putinə çatdırıb. Bu istiqamətdə işimizə davam edəcəyik. Bu cür görüşün keçirilməsi sözsüz ki,
Dünya şöhrətli amerikalı aktyor Mitçel Rayan vəfat edib. 88 yaşlı aktyor Los-Ancelesdəki evində ürək çatışmazlığından ölüb. Televiziya tamaşaçılarının "Santa Barbara", "Dark Shadows" serialı, kinosevərlərin "Lethal Weapon" filmi ilə ürəkləri fəth edən aktyorun ölüm xəbərini ögey qızı Denis Friid açıqlayıb.(oxu.az)
Rusiya yenidən Ukrayna ərazisindəki hərbi əməliyyatları bərpa etdiyini açıqlayıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya tərəfi qərarını Ukraynanın millətçilərə təsir göstərmək və sükut rejimini uzatmaq istəməməsi ilə əlaqələndirib.(oxu.az)
Bu gündən Azərbaycanda karantin rejimi yumşaldılıb. MAY.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı martın 5-də məlumat yayıb. Qərara əsasən, bu gündən etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin
Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 67 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid