Ukrayna müharibədən sonra - VİDEO

Bildiyiniz kimi, Ukrayna-Rusiya müharibəsi hələ də davam edir. BiG.AZ -ın məlumatına görə, dəhşətli hücumlar nəticəsində ölkənin bir çox şəhərləri darmadağın olub. Xüsusən Kiyev ölü şəhər halını alıb. Ukraynanın minlərlə insanın öldüyü savaşdan sonrakı görüntülərini təqdim edirik:

Zelenskini 3 dəfə öldürmək istədilər - SUİ-QƏSD üçün görün kimi göndərdilər?

Ukrayna prezidenti Vladimir Zelenskinin son bir həftə ərzində azı üç dəfə sui-qəsdinə məruz qalıb. BAKU.WS xəbər verir ki, Britaniyanın "The Times" qəzeti məlumat yayıb. Ukrayna xüsusi xidmət orqanları tərəfindən cinayətin qarşısının alındığı bildirilib. Jurnalistlərin sözlərinə görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup – muzdlular və çeçen xüsusi təyinatlıları göndərilib.

Kökəldiyi üçün tanınmaz hala düşdü - FOTOLAR

Türkiyəli aktrisa Zeynəb Koçak ötən gün müxbirlərlə söhbət edib. BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, aktrisanı görənlər tanımaqda çətinlik çəkib. Koçak çəki aldığı üçün dəyişdiyini bildirib: "Əvvəl 37 kiloqram idim, indi isə çəkim 65-dir. Təbii ki, estetik olaraq da bəzi toxunuşlar var". Qeyd edək ki, aktrisa daha öncə müğənni Oğuzhan Koçla sevgili olub.

Sabah bəzi rayonlara qar yağacaq

Şənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7°

Tarixdə bu gün: 4 mart

1877-ci ilin 4 mart tarixində Rusiyanın paytaxtı Moskada Böyük Teatr səhnəsində tanınmış rus bəstəkarı Pyotr Çaykovskinin “Sonalar gölü” baletinin premyerası oldu. Amma o zaman uğurlu hesab edilməyən əsər repertuardan qaldırıldı. Bundan sonra P.Çaykovski öz musiqisini zəif hesab edərək 12 il heç bir balet yazmadı. *** 1882-ci ilin bu günü Böyük Britaniyada ilk elektrik tramvayı xəttə buraxıldı.