"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub. AZAL-dan verilən məlumata görə, QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib. Samir Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib. Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev
Ukrayna tərəfi döyüşlər zamanı əsir götürülmüş Rusiya hərbçilərinin görüntülərini paylaşıb. Bu barədə Ukraynanın Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında paylaşım edilib. Əsir götürülmüş rusiyalı hərbçilərin 93-cü Mexanikləşdirilmiş Briqadanın 91701 saylı hərbi hissəsinin əsgərləri olduğu bildirilir./Oxu.az
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Görüş zamanı Mehriban Əliyeva "RT" telekanalının və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın guya
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə imzalamışlar. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq
Sosial şəbəkələrdə Xarkov şəhər meydanında çəkilən foto yayılıb. BAKU.WS xəbər verir ki, görüntü "CNN İnternational" tərəfində çəkilib. Fotoda insanlar meydanda diz çökərək dua edirlər. Hər kəsi duyğulandıran şəkil qısa müddətdə bir çox onlayn platformalarda paylaşılaraq müzakirələrə səbəb olub. Fotodan aydın olur ki, dua edən şəxslər qaçmağı deyil, ölkələrini müdafiə etməyi üstün
Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər ölüb. Bununla bağlı Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Ölənlərdən 8-i kişi, 10-u qadındır. Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib./oxu.az
NATO son hadisələr fonunda alyansın şərq cinahına əlavə quru qüvvələrini və hava hücumundan müdafiə sistemlərini yerləşdirəcək. Bu barədə Şimali Atlantika Alyansı bəyanatla çıxış edib. NATO Rusiyanı Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və qoşunlarını bu ölkədən çıxarmağa çağırıb./oxu.az
"Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir, ancaq Ukrayna hərbçiləri layiqli cavab verirlər". Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabındakı müraciətində deyib. O qeyd edib ki, Ukraynaya təkcə bombalar deyil, "feyk"lər də hücum edir. "Rəsmi mənbələrdən həqiqi məlumatları əldə etmək vacibdir. Bu gün Rusiya Ukraynaya hücuma
"May.az" internet qəzeti 2016-cu ilin may 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. www.may.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bu barədə "Haber Global" məlumat yayıb. Türkiyə Təhlükəsizlik Şurasının iclasında gündəm Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları olacaq./oxu.az
"Kiyevdə sakitlikdir, heç bir təşviş yoxdur". Bunu Oxu.Az-a açıqlamasında Ukraynanın Kiyev şəhərində yaşayan həmyerlimiz Əli Quliyev bildirib. O qeyd edib ki, hazırda heç bir partlayış səsi eşidilmir: "Bu gün səhər saatlarında partlayış səsləri eşidildi. Məlumat əldə etdik ki, Rusiya ordusu tərəfindən atılan raketlər havada zərərsizləşdirilib. Hazırda heç bir təşviş, həyəcan
Bu gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib. Bununla da Rusiya rəsmi olaraq Ukraynaya müharibə elan edib. Baku TV-nin Ukraynadakı əməkdaşı hazırda oradakı son vəziyyəti açıqlayıb. Ətraflı videonu təqdim edirik: