Sabah qar yağacaq

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən MAY.AZ-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11°

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub. MAY.AZ xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək. Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Kivinin ən önəmli faydası

Aparılmış tədqiqat göstərib ki, C vitamini ilə zəngin olan kivi visseral piyin ərimə sürətini artırır. Visseral piy qarın boşluğunda yerləşir və orqanizmdə hormonların işini tənzimləyir. Onun həddindən artıq olması potensial təhlükələrlə nəticələnə bilər: xüsusilə, ürək xəstəlikləri riski artır, çünki visseral piyin tərkibinə spesifik kimyəvi maddələr daxildir. "Qafqazinfo"