Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti,
Kliniki Tibbi Mərkəzin tabeliyində olan iki saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb. Ümumiyyətlə uşaqlar arasında mövsümi xəstəliklər hər il qeydə alınsa da, pandemiya başlayandan müraciətlərin sayında artım müşahidə edilir. Son dövrlər artımın əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam, ya xəstə -
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. XəzərXəbər-ə xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-i axşamdan 27-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 25-dən 28-dək cənub-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək
Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız "Kamera"
Ağstafada bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə,rayonun Aşağı Kəsəmən kənd sakini - 1993-cü il təvəllüdlü Abdullayev Ələkbər şəxsi münasibətlər zəminində 1988-ci il təvəllüdlü Qazax rayon muğanlı kənd sakini Həmid Qəribova bıçaqla xəsarət yetirib. Ə.Abdullayev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Metronun "Koroğlu" stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1961-ci il təvəllüdlü Salayev Sərxan Taleh oğlunu minik avtomobili vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Bakıda zəhərlənmə hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
"İybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb. Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır. Qoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır? XəzərXəbər SİA-ya istinadən məsələ ilə bağlı həkim-infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib. Onun sözlərinə görə, qoxu hissinin itməsi əsasən son zamanlar koronavirus xəstəliyi ilə bağlı