Dövlət Turizm Agentliyi nümayəndəliklərinin coğrasiyasını daha da genişləndirmək istəyir. Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir: "Bizim digər prioritet bazarlarımız da var. Misal üçün, pandemiyadan öncə planlaşdırırdıq ki, Ukrayna,
"Amazon" şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib. "Report" xəbər verir ki, bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən "Forbes Real-Time"ın siyahısında çıxıb. Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard
"Teleqram"da yeni imkanlar yaradılıb. "Report" messencerin saytına istinadən xəbər verir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində "teleqram" vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının