Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İcazəsiz toy təşkil edən sahibkar CƏZALANDIRILDI

Samux rayonu ərazisində fəaliyyət göstərən "Sərinim" şadlıq sarayında "e-icaze.gov.az" portalından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil edildiyi müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan MAY.AZ-a verilən məlumata görə, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və o, 4000

Dövlət xidmətindən toylarla bağlı AÇIQLAMA

Aidiyyəti qurumların monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə karantin şərtlərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Bu barədə MAY.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib. Məlumata görə, bu gün keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil