İlham Əliyev: "Xarı bülbül" festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur"

"Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada "Xarı bülbül" festivalı keçirilir". BiG.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada "Xarı bülbül" festivalının açılışında deyib. Dövlət başçısı qeyd edib ki, biz bu günü, səbirsizliklə, 30 il gözləmişik. "30 il vətən həsrəti ilə yaşamışıq. Hər dəfə deyirdik ki, biz bu

"Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!" - Prezident

"Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi". BiG.AZ-ın xəbərinə görə, bunu mayın 12-də Şuşada yeni məscidin təməlini qoyan zaman Prezident İlham Əliyev deyib. "Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən

Bir aylıq tədris məktəblilərə nə verəcək? - VIDEO

Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində fəaliyyət göstərən orta təhsil müəssisələrində 17 maydan etibarən əyani təhsil bərpa ediləcək. Tətbiq edilən qərar çərçivəsində məktəblərin ibtidai siniflərində tədris həftədə iki dəfə, yuxarı siniflərdə isə həftədə üç dəfə əyani formada keçiriləcək. Bu qayda məktəbəqədər

"Taksilərə verdiyim pulla 3 ev alardım"

Aktrisa Nurseli İdiz Armağan Çağlayanın "Youtube" layihəsinin qonağı olub. BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, sənətçi həyatından, xəstəliyindən danışıb. "Bizim ailəmiz çox kökdür. Çox dadlı yeməklər bişirərik. Çox da yeyirik. Ailənin ən incəsi mənəm" deyə, Nurseli deyib. Maşın sürə bilmədiyini deyən aktrisa taksilərə çox pul xərclədiyini bildirib: "Taksiyə

Məşhur musiqiçidən ÜZÜCÜ XƏBƏR

Gitara ifaçısı Rəhman Məmmədov koronavirusa yoluxub. BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bu haqda "Elgizlə izlə" proqramına zəng edərkən deyib. O bildirib ki, hazırda çətin günləri geridə qoyub: "12 gündür yoluxmuşam. Gəlnim hardansa virusa yoluxdu. Uşaqları götürüb bağıma gətirdim. Onlar da bizi yoluxdurdu. Biz analiz cavabını gözləmədən tədbirini gördük.

Mülki şəxs minaya düşdü

Gədəbəy rayon sakini minaya düşüb. Oxu.Az-ın məlumatına görə, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb. Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

İlham Əliyev və xanımı "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Qarabağa növbəti səfərdən görüntülər paylaşıb. Paylaşımda bildirilir: "Əziz bacılar və qardaşlar! Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim, doğma Şuşa şəhərimizdə "Xarıbülbül" musiqi festivalı dirçəlir. Neçə illik

İsrailin baş naziri fövqəladə vəziyyət elan etdi

İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Benyamin Netanyahu öz "Twitter" səhifəsində məlumat verib. Daha əvvəl Lodun meri vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi. Al-Mayadeen telekanalı isə məlumat verir ki, şəhərin

20 yaşlı qız intihara cəhd etdi

Gəncədə 20 yaşlı qız intihara cəhd edib. Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Əminə İmanova yaşadığı evin həyətində özünü iplə asaraq intihara cəhd edib. Lakin o, ailə üzvləri tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Ə.İmanovanın vəziyyəti ağırdır.