ABŞ-da meteoritin düşmə anı görüntülənib. MAY.AZ “İzvestiya”ya istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə şahidlər tərəfindən paylaşılıb. Kadrlarda yanan obyektin gecə səmanı işıqlandırdığı görünür. Şahidlərin sözlərinə görə, obyekt ağ-mavi rəngdə və quyruqlu olub. Meteorit eyni anda bir neçə ştatda – Kentukki, Ohayo, Pensilvaniya və Virciniyada görünüb. (oxu.az)
Təqaüdlə yaşamağa ən əlverişli ölkələrin reytinqində birinci yeri İslandiya tutub. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Fransanın “Natixis” sərmayə bankı tərəfindən aparılan tədqiqata görə, ikinci yeri İsveçrə, üçüncü yeri Norveç, sonrakı yerləri ardıcıl olaraq İrlandiya və Niderland tutub. Bütövlükdə, 44 ölkənin nəzərə alındığı reytinq sağlamlıq, maliyyə, maddi rifah, həyat
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir. MAY.AZ "Report" a istinadən xəbər verir ki, cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı bir sıra ərazilər işğaldan azad edilib. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirilib.
Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib. MAY.AZ "Report"a istinadən xəbər verir. Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox hərbi maşınını qəhrəman əsgərlərimiz tərəfindən qənimət olaraq ələ keçirib.
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi
İşğal etdiyi ərazilərdən çəkilməyən Ermənistan bununla kifayətlənməyərək növbəti dəfə Azərbaycana hücum etdi, amma bu dəfə çox ağır cavab aldı, Azərbaycan uğurlu əks hücum əməliyyatları başlatdı. MAY.AZ-ın Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaqdır:
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb. Dövlət İmtahan Mərkəzindən MAY.AZ-a verilən məlumata görə, ixtisas seçimi günlərinin sayı yenidən uzadılıb və 5 oktyabr saat 09:00-dək davam edəcək Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi
“İndiyədək cəbhədə uğurla irəliləyən Azərabycan Ordusu xeyli əraziləri işğaldan azad edib”. MAY.AZ “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə olaraq bütün qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan tam azad olunanadək bu mübarizə davam edəcək”, - o vurğulayıb.
Füzul rayonunun Arayatılı kəndinə mərmilər düşüb, evlərdən biri yanıb, bir neçə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəbə ciddi zərər dəyib. May.az "Report"a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb. Nəticədə bir evdə dağıntı və yanğın olub, bir evin həyətinə düşən top mərmisinin qəlpələri evə
Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur. Bu barədə MAY.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bakcell şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat vəsait ayırıb. Bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 1 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.
Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 2-də günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.