"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm". "Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib. 28 yaşlı
“Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. Yaxşı hazırlaşa bilməmişdik. Qalib gəlmək istəsək də, alınmadı”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IV turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan
Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar videoda aydın müşahidə olunur.
Dünyada koronavirusdan ölənlərin sayı 1 000 195-ə çatıb. “Report” “Worldometers” portalına istinadən xəbər verir ki, indiyədək 33 175 903 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 24 504 462 nəfəri sağalıb. Bildirilib ki, ən çox yoluxma halları ABŞ (7 293 418), Hindistan (6 041 638) və Braziliyada (4 718 115) qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan
“Bu gün Azərbaycan azisində hərbi vəziyyət elan olunub”. “Report” xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında şöbə rəisi, polkovnik Əjdər Babazadə deyib. "Xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir", - Ə.Babazadə əlavə edib. "Mövcud qanunvericiliyə əsasən, yəni
"Cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib”. "Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, əks həmlə əməliyyatı həyata keçirilən zaman düşmənin çoxlu sayda texnikasnı qoyaraq qaçıb: “Bununla bağlı görüntülər ictimaiyyətə çatdırılıb və
Türkiyənin "Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. "Report"un məlumatına görə, İstanbul təmsilçisi bu barədə "Facebook" səhifəsində paylaşım edib. Paylaşımda "Tək millət, iki dövlət. Qardaşlarımızın yanındayıq!" - yazılıb.
"Münaqişənin həll olunmamasından fayda qazanacağını düşünən Ermənistan yenə həddini aşıb". "Report" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb. "Bu dəfə cavabını meydanda alır. Meydanda və masada can Azərbaycanın yanındayıq”, - deyə XİN başçısı vurğulayıb.
Pakistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib. “Report” xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin “Facebook” səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda apardığı əməliyyat videoları yayımlanıb, baş verən hadisələrlə bağlı 4 paylaşım edilib.
Azərbaycan Milli Məclisinin iclası keçirilir. “Report”un xəbərinə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilir. İclas davam edir. Qeyd edək ki, Konstitusiyanın 111-ci maddəsinə
“Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub". “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.
“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın həmrəyliyini gücləndirməyə davam edəcək”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri