"Risk bir anda olan şeydir. İnsanlar iki saat müddətində küçəyə çıxanda da virus yayıla bilər. Lazım gəlsə, ayın 20-dən sonra vəziyyət sərtləşdirilməlidir. Lap gördün maskasız gəzir, həbs et". Sonxeber.az-ın məlumatına görə, bu sözləri "Yeni Müsavat"ın canlı debatına qonaq olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Karantin rejimindən danışan
İspaniyada son bir gündə 551 nəfər koronavirusun qurbanı olub. “Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da krallıqda pandemiyadan ölənlərin sayı 19 130 nəfərə çatıb. Məlumatda həmçinin vurğulanıb ki, son sutkada daha 5 183 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İspaniyada infeksiyaya yoluxma faktlarının sayı 182 816-ya yüksəlib.
Azərbaycan Respublikasında 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin
"Xaricdə təhsil alan tibb işçilərinin Azərbaycanda işləməsi üçün hər çür şərait yaradılıb". MAY.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb ki, onların 560-sı tibb təhsili alıb. Onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər
"Bir gün ərzində çox sayda insanın sağalması ilə bağlı deyilən rəqəmlər realdır". MAY.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, gələcək günlər də bu rəqəm daha da artacaq bilər.
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir. MAY.AZ xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı layihədə
Son günlər karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardım etməyi ilə gündəmləri zəbt edən idmançı Kamil Zeynallı ötən gün instaqramda canlı yayımda olub. MAY.AZ xəbər verir ki, Kamil canlı yayımda qızı haqqında danışıb: "Qıza qurban olaram. Yüz oğlum olsa, qızımın atılan dırnağı olmaz. Qızım gəlin köçəndə mən də onunla gedəcəm. Kürəkənim qızımı incitsə, onun nəslini ağladaram. Qız
"Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi". MAY.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib. O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur. TƏBİB-in İdarə Heyətinin sədri Ramin
Operativ Qərərgahın bu keçirilən iclasında TƏBİB-in sədri Ramil Bayramlı dünən keçirilən brifinqdə karantin rejminin uzadılması ilə bağlı tədbirlər planının hazırlandığını bildirib. TƏBİB-in sədrinin bu sözləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Azərbaycanda karantin rejmi bir il müddətinə uzadıla bilərmi? Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin
Aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən MAY.AZ-a verilən məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9,