“Müdafiə Nazirliyi pandemiya dövründə şəxsi heyətin təhlükəsizliyini tam qorumaq məqsədilə lazımi tədbirlər həyata keçirib. Hərbi hissələrin xüsusi məhlul vasitəsilə dezinfeksiya olumasına tapşırıq verilib və bu işlər davamlı olaraq icra edilir”. Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan Ordusunda bütün təhlükəszilik tədbirlərinə hələ fevral
Yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib. “Report” “The Sun”a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin fikrincə, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərin bu barədə rəyləri kifayət qədər əsaslıdır. Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi “Cobra” fövqəladə komitəsinin bir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib. Xidmətdən BiG.AZ-a verilən xəbərə görə, müraciətdə çağırışçılar koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırılır. Müraciətdə deyilir: “Əziz çağırışçılar! Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. Ümumilikdə,
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Prezident İlham Əliyevin müraciətində deyilir: “Bu gün
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir. Oxu.Az Worldometers.info-ya istinadən xəbər verir ki, ümumilikdə, dünyada 69 501 nəfər COVID-19 pandemiyasından vəfat edib. Koronavirusdan ölüm hallarının ən çox qeydə alındığı beş ölkənin statistikasını təqdim edirik: İtaliya – 15 887 nəfər; İspaniya - 12 641 nəfər; ABŞ – 9 620 nəfər; Fransa – 8 078 nəfər; Böyük Britaniya – 4 934 nəfər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən koronavirus (COVID-19)
Koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib. Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
"Apple" şirkəti koronavirus xəstələri ilə işləyən tibb işçiləri üçün qoruyucu maskalar istehsal edəcək. MAY.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk deyib. Şirkət həftədə 1 milyon maska istehsal etməyi planlaşdırır. T.Kuk "Apple"ın tibb işçiləri ilə sıx əməkdaşlıq etdiyini və digər ölkələrə də ixracın təşkil olunması üçün çalışdıqlarını
Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən izolyasiya tədbirləri zamanla daha da sərtləşdirilir. Belə ki, zəruri fəaliyyət növləri ilə məşğul olmayan şəxslər yaşayış yerini tərk etmək üçün artıq icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir. Bəs sosial təcridetmə ilə bağlı görülən işlər ictimai nəqliyyatda sıxlığa necə təsir edib? Mövzu ilə bağlı "MediaPost"a
Ötən gün göndərilən SMS-lərin 60 faizi daha çox sistemi yoxlamaq məqsədilə göndərilən müəyyən sms-lərdir. Ancaq qərarda zəruri halların nə olduğu konkret kodlarla göstərilib. Ancaq o hallara aidiyyatı olmayan mətnlər göndərilir. MAY.AZ xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev REAL TV-yə müsahibəsində deyib. Ü. Mehdiyev bildirib