Xəbər verdiyimiz kimi müğənni İlhamə Qasımova Amerikadan qayıdarkən karantinə alınıb. BiG.AZ xəbər verir ki, ötən gecə aparıcı Tarix Əliyevlə instaqramda canlı yayıma çıxan İlhamə karantində olan vəziyyətdən danışıb: "Mən gələndə bilirdim ki, karantinə gedəcəm. Özümlə qış üçün qalın üst geyimi gətirmişdim. Çünki bilmirdim hara gedəcəm. Eşitmişdim ki, Masallıda və digər rayonlarda da
Niderlandda koronavirusa yoluxan 101 yaşlı qadın xəstəliyə qalib gəlməyə nail olub. “NL Times” xəbər verir ki, onu artıq xəstəxanadan evə buraxıblar. Həkimlərin sözlərinə görə, həmin qadın çox rəşadətlidir və bütün ictimai qaydalara riayət edir.
Dünyada 859 338 nəfər koronavirusa yoluxub. Bu barədə Worldometers.info məlumat yayıb. Ümumi ölənlərin sayının 42 334 nəfər olduğu bildirilir. Sağalanlar isə 178 125 nəfər təşkil edir.
Baş rollarını Neslihan Atagül, Engin Akyürek və Uraz Kayqılaroğlunun canlandırdığı “Sefirin kızı” serialının çəkilişləri dayandırılıb. Axşam.az xəbər verir ki, ekran işinin rejissoru Emre Kabakuşak koronavirus səbəbi ilə serialın yayımına bir müddət fasilə verildiyini açıqlayıb. Qeyd edək ki, Neslihan karantin rejiminə görə həyat yoldaşı Kadir Doğulu ilə birlikdə Bodrumdakı evinə köçüb.
Rusiyanın “Skolkovo” mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar. MAY.AZ oxu.az-a istinadla xəbər verir ki, söhbət “Meqnaril” adı verilən soyuq plazma ilə işlənilən sudan gedir. Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən “aqresiv” oksigen və hidrogen formaları yaranır. Qeyd etmək
Türkiyənin xalq mahnı ifaçısı Yusuf Harputlu həbs olunub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin iki xanım satıcıya şiddət göstərməsi və mağazaya maddi zərər verməsidir. Zərərli şəxslər Adibeyköy polis şöbəsinə müraciət edərək müğənnidən şikayətçi olublar. Y. Harputlu əvvəlcə məlumatı təkzib edərək şiddət göstərənin qohumu olduğunu açıqlayıb. Lakin araşdırma zamanı Yusufun təqsirli