Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır. "Report" xəbər verir ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb. Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. Oxu.Az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə
Türkmənistanda hakimiyyət "koronavirus" sözündən istifadə etməyi qadağan edib. MAY.AZ axşam.az-a istinadən bildirir ki, bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı bəyan edib. Türkmən jurnalistlər iddia edirlər ki, koronavirus infeksiyası məktəblərdə, xəstəxanalarda, KİV-də və tibb kitabçalarında qeyd edilmir. Küçədə maska taxan və ya pandemiyadan danışan insanlar
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin istifadəsinə razılıq verib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. O da vurğulanıb ki, yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər. Şirkətdən bildirilib ki, testin epidemiyanın daha çox yayıldığı
"Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Tarhan Kaya koronavirusdan vəfat edib. Aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus
Çindən bütün dünyaya yayılan koronavirus ABŞ-da dörd mindən çox adamın həyatına son qoyub. BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Reuters" yazır. Cons Hopkins Universitetindən verilən məlumata əsasən, ölənlərin ümumi sayı 4079 nəfərdir, onlardan 1096 nəfəri Nyu-Yorkda, 406 nəfər isə bu şəhərin ətrafında ölüb. Statistikaya görə, ABŞ yoluxanların sayına görə bütün digər dövlətləri
Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 36 nəfər artıb, bunlardan 35-i “gətirilmiş” hallardır. “Report” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 7 nəfər artaraq 186-ya çatdığı bildirilib. Qeyd olunub ki, martın 31-i saat 00:00-a olan məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 81 554 nəfərə çatıb, xəstələrdən 76
Böyük Britaniyanın Sauthempton şəhərində xəstəxanada gündə 13 saat işləyən gənc tibb bacısı koronavirusa yoluxan xəstələrin əzabından danışıb. “Daily Mail” xəbər verir ki, Luci Hatçinqs adlı 19 yaşlı tibb işçisi şəhər xəstəxanasında qoruyucu vasitələrin yetərli olmadığını iddia edir. O, eyni zamanda, virusa yoluxan xəstələrin sayının sürətlə artmasından da qorxduğunu deyib: “İnsanlar xəstəliyin
Aktyor Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib. MAY.AZ xəbər verir ki, özünü pis hiss edən aktyor müayinəyə yollanıb. Həkim nəzarətinə alınan Kıvançın koronavirus infeksiyasına yoluxduğu düşünülür. Qeyd edək ki, Tatlıtuğ koronavirus infeksiyasından qorunmaq üçün həyat yoldaşı Başak Tatlıtuğ ile meşə içindəki evinə köçüb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən MAY.AZ-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun
Milli Məclisin yaz sessiyasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. “Report”un parlamentdən əldə etdiyi məlumata görə, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında"
Türkiyəli aktrisa Pınar Denizin nənəsi vəfat edib. MAY.AZ axşam.az-a istinadən bildirir ki, aktrisanın nənəsi 11 gündür koronavirus səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. P.Denizin nənəsi 2 gün əvvəl yoluxduğu infeksiyadan dünyasını dəyişib.