Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq paytaxt ərazisində tədbirlər davam etdirilir. "Report"un xəbərinə görə, xüsusi karantin rejim tədbirlərinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər ərazisində polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik tədbirlər aparılır. Belə ki, xüsusi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayına olan hava proqnozunu açıqlayıb. Nazirlikdən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında
Somalinin sabiq Baş naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, o Londonda müalicə olunduğu xəstəxanada ölüb. Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib. Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş naziri olub.
Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb. Bu barədə MAY.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin
Rusiya paytaxtında koronavirusa yoluxan və evdə müalicə alan xəstələrin təcrid rejimini izləyən xüsusi mobil tətbiq hazırlanıb. Bu barədə Moskva İnformasiya Texnologiyaları İdarəsinin rəhbəri Eduard Lısenko “Exo Moskvı” radiosunun efirində bildirib. Tətbiqin tam versiyasına giriş sabahdan etibarən mümkün olacaq. Tətbiqi quraşdırmaq üçün smartfonları olmayanlar bu qurğularla təmin ediləcək. Lakin
Azərbaycanda bu günə qədər koronavirusa görə aparılan testin sayı məlum olub. Bu barədə MAY.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılmışdır.
Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə MAY.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin
“Koronavirus diaqnozu qoyulan 62 yaşlı Marneuli sakininin hazırkı ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib. O deyib ki, qadın həm də şəkər diabeti xəstəsidir: “Bununla yanaşı pasiyentdə ürək çatışmazlığı da var və o, həkimə çox gec müraciət edib”.
Bu gündən respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz əlavə edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verib. Aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində “DVB-T2” standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının
İranda son 24 saat ərzində koronavirusdan 138 nəfər vəfat edib. MAY.AZ-ın APA-ya istinadən məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Nazirlik rəsmisi deyib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 3036 nəfərə çatıb. "Son sutka ərzində 2987 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların sayı 47 593-ə
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. MAY.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi
Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur. BiG.AZ xəbər verir ki, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi