Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib. Mərkəzdən verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

"20 Yanvar" dairəsindəki xaos aradan qaldırılacaq - BNA Nazirlər Kabinetinə müraciət etdi

Uzun illərdir ki, nəqliyyat şəraitinin xaotik olduğu "20 Yanvar" dairəsi ətrafında nizamın yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədi ilə layihə

Sərxoş qadın evdə uşaq dünyaya gətirdi

Litvanın paytaxtı Vilnüs şəhərində hamilə qadın evdə uşaq dünyaya gətirib. BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı qadın bu zaman sərxoş olub. Ana və körpəsi xəstəxanaya yerləşdiriliblər. Qadının qanında 2,65 promil alkoqol aşkar edilib. Onun barəsində cinayət işi açılması məsələsi müzakirə olunur. Ananın günahı sübut olunarsa, onu üç ilə qədər həbs gözləyir. Həkimlər spirtin yeni

Mövqelərimiz snayperlərdən atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz

TƏBİB "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə beş təcili yardım briqadası göndərilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, səkkiz nəfərə hadisə yerində yardım göstərilib. Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki

Azərbaycanda gənc qız xaşdan zəhərləndi

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə fevralın 16-da, saat 23 radələrində rayonun Yuxarı Ləki kəndində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü A.Səmədova yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib. Daha sonra gənc qız qıcolma olub və həmin vaxt təcili yardım çağırılıb. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə

"Sədərək" Ticarət Mərkəzi yanır, əraziyə helikopter cəlb olunub - VİDEO

Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb. “Report”un xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir. Hadisə yerinə helikopter də cəlb olunub. *** Xəbərə video əlavə olunub Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb. "Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in

Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov, 1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.