ABŞ Prezidenti Donald Tramp Fransa və Almaniya liderlərini Ukraynaya yardım etməməkdə ittiham edib. “Voice Amerikca”nın məlumatına görə, Tramp Ukrayna barədə danışarkən “hansısa bir yer” ifadəsini işlədib. “Sizə düzünü deyim, kansler Merkel çox yaxşı qadındır. Kansler Merkel hardadır? Fransa Prezidenti Makron haradadır? Onlar niyə Ukraynaya pul ayırmır? Niyə ancaq Birləşmiş Ştatlar?”, - Tramp
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa məğlub olmuş Hillari Klinton universitet rektoru təyin olunub. Bu barədə BBC məlumat yayıb. H.Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, Belfastda yerləşən Kraliça Universitetinin 175 yaşı var və H.Klinton 5 il ərzində təhsil ocağına rəhbərlik edəcək.
Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb. Report-un məlumatına görə, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev işində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad edilib. Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015-ci ildə Bərdə rayonuna təyinat alıb.
Azərbaycanın dağlıq və dağətəyi rayonlarına qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə duman qeydə alınacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5°
"Amazon" şirkəti "Amazon Go" "ağıllı" mağazaları üçün əlin tanınması texnologiyasını patentləşdirib. BiG.AZ ictnews.az-a istinadən bildirir ki, "Amazon" tam avtomatlaşdırılmış "Amazon Go" mağazasını 2018-ci ilin əvvəlində Sietldə istifadəyə verib. Mağazanın əvvəlcə 2017-ci ilin əvvəlində açılması planlaşdırılsa da, texniki səbəblərə görə təxirə
Xalq artisti Azərinin məşhur aparıcı Okan Bayülgenin "Muhabbet Kralı" verilişində qonaq olarkən “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” ifadəsinə yerli məşhurlar da biganə qalmayıb. Axşam.az xəbər verir ki, Xalq artisti Röya Ayxan sosial şəbəkədə paylaşım edərək həmkarının sözlərinə dəstək olub: “Hər dəfə İstanbulda hər işimin öncəsində “Mənə azəri deməyin, mən azərbaycanlıyam
İnstaqramda yeni fişinq növü aşkar olunub. BiG.AZ ted.az-a istinadən bildirir ki, Yeni il qabağı dələduzlar hücuma keçiblər. Axır vaxtlar tez-tez rastlaşdığımız "giveaway" yarışmaları hamının sevimlisi olmağı bacarıb. Bundan istifadə edərək, kiber cinayətkarlar İnstaqramdakı böyük hesabları qırıb yarışmanın keçiriləcəyi barədə paylaşım edirlər. Beləliklə, saxta paylaşıma inanan