Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyə məxsus olan ev bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və yaxın günlərdə ailə yeni evə köçəcək. Real TV həmin evdən reportaj hazırlayıb. MAY.AZ həmin reportajı təqdim edir:
“Bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi Prezidentin sədrliyi ilə keçirilən müşavirədə də xüsusi qeyd edilən məsələlərdən idi. Müşavirədən qısa müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib”. MAY.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib. Ekspert qaydaları sadə
Cari ilin yayında Xəzər dənizində suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18 santimetr azalıb. BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi deyib. M.Bəni Haşeminin sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalması bu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. Bu, yayda suyun səviyyəsinin
Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. MAY.AZ-ın xəbərinə görə, sərəncamda deyilir ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyev “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb. Qanuna əsasən, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının