Xəbər verdiyimiz kimi, Azərbaycanda minumum əmək haqqı 250, pensiyalar isə 200 manata qaldırıldı. Təəssüf ki, bu artım bazarlardakı qiymətlər də təsir edir. Belə ki, son bir neçə gündə marketlərdə qida məhsulların qiymətində artım müşahidə olunur. Bununla bağlı BiG.AZ-a danışan Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, maaşlar və pensiya qalxmadan öncə də istehlak
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib. Qeyd edək ki, E.Balakişiyev Gəncə
Moskvada falçı gənc qızdan 2 milyon rubl aldıqdan sonra yoxa çıxıb. BiG.AZ Trend-ə istinadən xəbər verir ki, 23 yaşlı qız bununla bağlı polisə müraciət edib. Qeyd olunub ki, o, 9 gün ərzində sms vasitəsilə falçıya qeyd olunan məbləği yollayıb. Bundan sonra Olqa adlı falçı ilə əlaqə kəsilib. Faktla bağlı Moskva polisi fırıldaqçılıq maddəsi ilə cinayət işi açıb.
Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi maarifləndirmənin və ya həm maarifləndirmə, həm də maariflənmənin zəifliyidir. BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlamlığın Qorunması" İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "QİÇS-ə birlikdə
Bu yaxınlarda xalq artisti Məleykə Əsədova Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun nəvəsinin ad günündə iştirak edib. BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, sənət aləmindən yalnız Məleykə Əsədovanın bu məclisdə iştirakı müxtəlif söz-söhbətlərə yol açıb. Bəziləri aktrisanın Əhmədovun özü ilə, bəziləri isə həyat yoldaşı ilə yaxın olduğunu iddia ediblər. Əməkdaşlarımız
Türkiyəli müğənni Kibariyənin həyat yoldaşı Ali Küçükbalçık sevgilisi ilə dini nikaha girib. Axşam.az xəbər verir ki, bu barədə “Beyaz” TV-də yayımlanan “Söylemezsem olmaz” proqramında məlumat verilib. Bildirilir ki, o, Adana bölgəsindən olan Qamze adlı xanımla dini nikah bağlayıb. Həmçinin, Ali onun üçün İstanbulda kirayə ev tutub. Məsələ ilə bağlı qarşı tərəfdən isə açıqlama gəlməyib.