Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ: İcazə verilməyəcək
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib. İdarədən AZƏRTAC-a verilən məlumata görə, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin