Xəbər verdiyimiz kimi, səhər saatlarında "Diqlas" ticarət mərkəzində güclü yanğın başlayıb. BiG.AZ bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına dönər dükanında yerləşən qaz balonunun partlaması səbəb olub. Hazırda yanğının söndürülməsinə dair tədbirlər davam etdirilir.
Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir. BiG.AZ-ın məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. BiG.AZ reporta istinadən xəbər verir ki, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verilib. Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri
Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. BiG.AZ yanğının baş verdiyi ərazidən yeni görüntünü təqdim edir: Aysel Yusifqızı
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb. “Diqlas” Ticarət Mərkəzində baş verən
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət
Bakının Nizami rayonunda güclü yanğın baş verib. BiG.AZ xəbər verir ki, hadisə "Diqlas” ticarət mərkəzində qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Hazırda bina təxliyyə olunur. *** İlkin məlumata görə, yanğın ticarət mərkəzinə yaxın dönərxanaların birində baş verib, daha sonra güclənərək ticarət mərkəzinə keçib. *** Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət
"Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”. Bunu "Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. Nazir müavini qeyd edib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. BiG.AZ-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. Xatırladaq ki, bu gün səhər