Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb. BiG.AZ ona-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov bu gün cəza çəkdiyi müəssisədən evə buraxılıb. M.Hüseynov ilk olaraq mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib. Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs edilib. O, Suraxanı Rayon
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən
Amerikanın The Nation nəşrində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə həyat yoldaşı Mişelin ayrılacağı barədə məqalə işıq üzü görüb. BiG.AZ Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, məlumata görə, ayrılmaq üçün ilk addımı keçmiş birinci ledi atıb. O bildirib ki, ərinin davranışlarından yorulub. Misal üçün, o bir neçə il əvvəl Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela ilə
“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”. Bu fikirləri yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib. Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil: “Məni o görüşə dəvət
Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manat təşkil edəcək. Bu barədə BiG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas