Xuramanın qızı birinci sinfə getdi – Fotolar

Müğənni Xuraman Şuşalı qızı Surənin fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, sənətçinin qızı bu gün birinci sinfə gedib. İfaçı övladının fotolarını İnstaqram hesabında paylaşaraq bu sözləri yazıb: “Biz artıq şagird adını qazandıq. Bütün uşaqlar bilikli, sağlam, xoşbəxt olsunlar”. Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçinlə ailəlidir. Cütlüyün Hüseyn və Abbas adlı iki oğlu da var.

Azərbaycan polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAY.AZ-a verilən məlumata görə, cinayətlərin 15-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə

"Saxla" əmrinə tabe olmayan sərxoş sürücü maşınla polisi vurdu - Şabranda

Şabranda "saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub. MAY.AZ "Report”a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla” əmri verib. M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə

İstirahət günləri hava belə olacaq

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAY.AZ-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu

Damlanın klipi "Youtube"dan silindi

Müğənni Damlanın başına iş gəlib. BiG.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin avqustun əvvəlində təqdim etdiyi “Sevmişdim” adlı klipi “Youtube”dən silinib. Buna səbəb ifaçının müəllif hüquqlarını pozması olub. Belə ki, söz və musiqisi İlkin Həsənə məxsus mahnını ilk dəfə İradə Mehri 2016-cı ildə ifa edib və rəsmi hesabında paylaşıb. Damla həmkarından icazə almadan mahnını ifa

Bakının azad edilməsindən 100 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. MAY.AZ bildirir ki, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet

Gömrükçülər maşının baqajından 4000 ədəd siqaret AŞKARLADI

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına " Vaz 21061" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dən MAY.AZ-a verilən məlumata görə, baxışdan öncə,

Boşanmağa gətirib çıxardan 27 cümlə

Bu sözlər dildə adət halını aldığı üçün bəzən o mənada demək istəmirsiniz, ancaq qarşınızdakı o mənada anlayır. Sevdiyiniz insanları bu sözlər ilə yaralayırsınız və aradakı hörmətə xələl gətirirsiniz. MAY.AZ unikal.org-a istinadən bildirir ki, çalışın bu sözlərdən istifadə etməyin ki, evliliyinizə xələl gəlməsin. Boşanmağa gətirib çıxardan 27 söz: 1) Sən həmişə beləsən, hər yerə gecikirsən. 2)

Yenicə boşanan Demet Türkiyəni tərk etdi

Müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtdan boşandıqdan sonra Amerikaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demet orada yeni klip çəkdirməyə hazırlaşır. Klipi müğənni Aleyna Tilkinin çəkəcəyi deyilir. Bildirilir ki, Akalın klip çəkilişlərindən sonra da istirahət üçün bir müddət Amerikada qalacaq. Qeyd edək ki, 7 ildir Okanla evli olan ifaçı boşanmasına səbəb

Azərbaycanda Bilik Günü qeyd olunur

Bu gün Azərbaycanda "Bilik Günü"dür. MAY.AZ -ın məlumatına görə, bütün ölkədə sentyabrın 15-dən yeni tədris ilinə start verilir. 2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə gedəcək. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri