DYP-nin yeni maşınları nə vaxt istismara veriləcək? - FOTO

DİN Baş DYP İdarəsi üçün Bakıya gətirilən yeni "Mercedes-Benz C-class” avtomobillərinin istismara buraxılmasına hazırlıq görülür. MAY.AZ realtv.az-a istinadən xəbər verir ki, hazırda avtomobillərdə son tamamlama işləri görülür, lazımi avadanlıqlar quraşdılır. DYP avtomobillərin istismara buraxılacağı vaxtı açıqlamasa da, onların oktyabr ayından istismara veriləcəyi gözlənilir.

Gəncədə 18 yaşlı qız İTKİN DÜŞDÜ

Gəncə şəhərində gənc qız itkin düşüb. MAY.AZ unikal.org-a istinadən xəbər verir ki, məlumatda bildirilir ki, Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşayan, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, sentyabrın 2-də səhər saatlarında onunla birlikdə yaşayan 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova evdən çıxıb və bir

Bakıda havaya kəskin qoxu yayılmasına nazirlik aydınlıq gətirdi (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakının Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin qoxunun yayılması barədə vətəndaşlardan şikayət daxil olub. Nazirlikdən May.Az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar. Aparılan təhlillər zamanı havadakı qoxunun Bakı Neft

ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO

Mingəçevir sakini şəhərin zibil poliqonundan görüntülər çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Onun iddiasına görə, poliqona tullanmış ərzaq məhsulları yığılaraq yenidən istifadəyə verilir. Görüntülərdən aydın olur ki, Mingəçevirin məişət tullantıları poliqonunda tüstü və toz-dumanın içərisindən vaxtı ötmüş və yararlılıq müddəti bitmiş ərzaq məhsulları yığılır. Mingəçevir

Ürəyi qoruyur, xərçəngin qarşısını alır...- ŞƏFALI BİTKİNİN 10 FAYDASI

Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 79,38 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,35 dollar/barel çoxdur. May.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 77,38