İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26,
Müharibə, xəstəlik və təbii fəlakətlərin nəticələri dünyada hər gün 1,25 milyon insanın həyatına son qoyan yol-nəqliyyat hadisələri ilə müqayisə edilə bilməz. Azərbaycan üçün də bu məsələ ağrılı hesab edilir. Təkcə 2017-ci ildə baş verən qəzalar nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər yaralanıb. Oxu.Az Azərbaycan Daxili İşlər Nazirliyinin gündəlik məlumatlarına əsasən ötən ay qeydə alınan
Panik kəndindəki insident Rusiya-Ermənistan dostluq əlaqələrinə qarşı təxribatdır. Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyan deyib. Xatırladaq ki, iyulun 17-də Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli
“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu. Hazırda kənd ərazisində “Nar”-ın 4 baza
Bakı Ağır Cinayətlər Məhkəməsində İsa Məmmədov və Çingiz Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. May.Az-ın məlumatına görə, 2017-ci ilin iyun-avqust
Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış gəncin cəsədi sudan çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri başlayıb. May.Az xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə həyata keçirilir.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb. May.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci
İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın məşhur “Kosta Navarino” otelinin işçilərinə 17850 funt (19600 avro) çay pulu verib. May.Az “The Sun”a istinadən xəbər verir ki, Ronaldu bu oteldə “Yuventus” rəsmiləri ilə kluba transferlə bağlı danışıqlar aparıb. Ronaldonun belə əliaçıqlığı otelin servisindən çox razı qalması ilə əlaqəlidir. “Yuventus” rəsmiləri otel
Roza Zərgərli qızı Bənövşə ilə "Hər şey daxil"in xüsusi buraxılışının qonağı olub. xarici görünüşünə görə yerli şou-biznesin ən cazibədar müğənnilərindən hesab edilən Rozanın qızı gözəllikdə anasından heç də geri qalmır. Aparıcı-prodüser Tolik Bənövşədən anasının realiti-şoudakı "hiyləgər"liyi ilə bağlı dost-tanışlarının "Anan həqiqətənmi belədir?" sualı ilə
Millət vəkili Qənirə Paşayeva "Onda başladıq" proqramında qonaq olub. aparıcı Kamran Həsənli bu dəfə televiziyalar və musiqimiz mövzusunu müzakirəyə qoyub. Proqramın qonağı millət vəkili Qənirə Paşayeva fikirlərini bildirib və müğənni Üzeyir Mehdizadənin ifasını qınayıb: Peşəkar musiqidən bir şeylər öyrənən insan Üzeyir Mehdizadəyə qulaq asmaz. Biz uşaq vaxtı musiqi dərslərinə