Bakı metrosunda valideynlər uşağı vaqonda unutdu

"Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib". Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub.

Jurnalistlərin VII qurultayının proqramı açıqlanıb

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Mətbuat Şurasından BAKU.WS-ə verilən məlumata görə, qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir. Ali məclis saat 10.00-da öz işinə başlayacaq. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları

Polis Şöbəsində dindirilən şəxs özünü 3-cü mərtəbədən atıb

Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yer atıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü yerə atıb. Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Futbolçu soyadına görə qırmızı vərəqə aldı

İngiltərənin yarımpeşəkar futbol klubları - "Hemel Hmepsted Taun" və "İst Tarroka" arasında keçirilən matç zamanı kuryoz hadisə yaşanıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Sançez Uott adlı futbolçuya sarı vərəqə göstərmək istəyən hakim, onun soyadı formanın üzərində olmadığı üçün futbolçudan bunu öyrənmək istəyib. Uottun cavabını istehza kimi qarşılayan hakim ona

Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq

Sumqayıt şəhərində sənaye, yüksək texnologiyalar və xidmət sahəsi üzrə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub. Bu, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, iri sənaye mərkəzlərində peşə təhsili və təlimi müəssisələrinin optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin

Abşeronda qadını evində qarət edən şəxslər saxlanılıb

Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K. Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb. Baş Cinayət Axtarışı İdarəsi və

Külli miqdarda narkotik vasitə ələ keçirildi

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. BAKU.WS xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz

XƏBƏRDARLIQ - Sabah yağışın intensiv olacağı gözlənilir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı

Bakı Olimpiya Stadionundan ailəli azarkeşlər üçün YENİLİK

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq. BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər: “Hazırda fəal surətlə

Siyavuş Novruzovdan SENSASİON MÜRACİƏT

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Azadlıq Hərəkatı iştirakçılarına sensasion müraciət ünvanlayıb. BAKU.WS xəbər verir ki, Siyavuş Novruzovun "Musavat.com" saytı vasitəsilə hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, onun, ayrı-ayrı YAP

35-40 yaşlarında kişi uşaqların gözü önündə özünü bıçaqladı - VİDEO (Uşaqlar və ürəyi zəif olanlar baxmasın)

35-40 yaşlarında kişi uşaqların gözü önündə özünü bıçaqladı - VİDEO (Uşaqlar və ürəyi zəif olanlar baxmasın) Vüsal adlı şəxs (soyadı məlum deyil) özünü bıçaqlayıb. BAKU.WS-in məlumatına görə, hadisənin Azərbaycanın qərb rayonlarından birində baş verdiyi ehtimal edilir. BAKU.WS-in qaynar xəttinə göndərilən videodan göründüyü kimi, təxminən 35-40 yaşlarında kişi naməlum səbəbdən özünü bıçaqlayır.

ANS-in keçmiş aparıcısı Almaniyada nişanlandı - FOTOLAR

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyada nişanlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə aparıcının nişanlısı türk əsilli Almaniya vıətəndaşı olan Ali Kaya öz Facebook səhifəsində məlumat paylaşıb. Xatırladaq ki, T.Rafiqqızı bir neçə ay öncə Almaniyaya köçüb və orada müvəqqəti yaşamaq icazəsi ala bilib.