Azərbaycanda 52 yaşlı ana əkiz uşaqlar dünyaya gətirib. May.az xəbər verir ki, doğum hadisəsi bir neçə gün əvvəl Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş tutub. Klinikadan Ailəm.az saytına verilən məlumata görə, bu, 52 yaşı qadının ikinci hamiləliyi olub: “Ana və əkizləri olduqca sağlamdır və özlərini yaxşı hiss edirlər”. Bildirək ki, qadın ilk övladını 48 yaşında dünyaya gətirib.
Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Report xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri
2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib. O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: “Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.
2018-ci ilin yanvarında dünyada benzinin orta qiyməti 1 litr üçün 1,14 ABŞ dolları təşkil edib. Axar.az xəbər verir ki, bu barədə “Global Petrol Prices” məlumat yayıb. Bildirilir ki, benzin ən ucuz Venesuelada və Türkmənistanda satılır. Bu ölkələrdə benzinin 1 litri müvafiq olaraq 0,1-0,23 sentdir. Azərbaycan isə benzinin qiymətinə görə siyahıda 30-cu sıradadır (1 litri 0,74 dollar). Benzinin 1
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Report-un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Agthia Group” şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb. May.az xəbər verir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur. Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin
Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu çox ziyanlı və təhlükəli adətdir. Sağlamolun.az xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir. Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və
“Kasperski Laboratoriyası” Android qurğularında Votsapdan ismarışların oğurlanması da daxil olmaqla, bir neçə zərərli fəaliyyəti icra edən yeni proqram aşkarlayıb. May.az xəbər verir ki, virus böyük mobil operatorların saxta saytları vasitəsilə yayılır. Məlumata görə, virus saytlarda istifadəçilərə internet əlaqəsini sürətləndirən vasitə kimi təqdim olunur. Qurğuya yükləndikdən sonra isə virus
Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir. Axşam.az-ın məlumatına görə, bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda Nazəninin vəkili Heyrat Qarayev deyib. O bildirib ki, T.Qumral ərizəsində Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb: “Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma
Ayfon-X telefonlarının istehsalı dayandırıla bilər. May.az xəbər verir ki, bu iddia ilə çıxış edən texnologiya üzrə ekspert Minq Çi Kuo Ayfon-X-ın istehsalının yay aylarında dayandırılacağını deyib. Onun sözlərinə görə, bu telefona marağın az olması kamera hissəsindəki çıxıntının cibdə pis görüntü yaratması ilə əlaqədardır. “Kovan” şirkəti isə Ayfon-X-ın satışının çox aşağı olduğunu açıqlayıb.
"Koka-Kola” və AFFA FİFA Dünya çempionatının kubokunu Azərbaycana gətirəcək. May.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Koka-Kola şirkəti FİFA Dünya Çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə görsətmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək. FİFA Dünya Çempionatı kubokunun Azərbaycana səfəri
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamda anadan olub. Aktyorun 46 illik ömrünün 35 ili kinoda keçib. 11 yaşında ikən “Görüş”filmində rol alan balaca Ceyhun,cəmi bir il sonra Azərbaycan tamaşaçısı üçün unudulmaz olan “Ögey ana” filminə çəkilir. O bu filmdə yaratdığı İsmayıl obrazı ilə yaddaşlara həkk olunur. Ceyhun Mirzəyevin kino fəaliyyətini iki hissəyə bölmək olar: “Ögey ana” filmindəki