Bakı, 5 yanvar, May.Az. Bu gün Azərbaycan mediasında özünə məxsus yeri olan "BAKU.WS" saytının fəaliyyətə başladığı gündən 14 il ötür. SalamNews xəbər verir ki, saytın Azərbaycan versiyası 3 ildir ki, müvəffəqiyyətli şəkildə fəaliyyət göstərir. Bununla da bizim oxucularımız ana dilində operativ məlumatlar oxumaq imkanı əldə edirlər. BAKU.WS layihəsinin ziyarətçilərinin ümumi sayında
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televizyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: “Əlbəttə, bu baxımdan
Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org saytına qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər. Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy rayon Polis İdarəsinin
Yanvarın 8-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 08.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il yanvarın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.
"İtkin düşən alpinistlər peşəkar olduqlarından üç həftə sağ qala bilərlər". BAKU.WS-in məlumatına görə, bunu "Report"a "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov bildirib. Onun sözlərinə görə, itkin düşənlərin hər üçü peşəkar alpinistdir: "Bu sahə üzrə peşəkar olan alpinistlər belə şəraitdə üç həftə sağ qala bilirlər. Axtarışlar davam edir,
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata
Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsinə təyinat olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, N. Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb. Xatırladaq ki, keçmiş
Bu gün axşam Azərbaycan ərazisində zəlsələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində qeydə alınıb. Zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb. APA-nın məlumatına görə, hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb. Yeni doğulan körpə sağ qalıb. Məlumata
Xalq artisti Faiq Ağayev "Klip+" verilişinə maraqlı açıqlamalar verib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni aparıcının "Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız" sualına belə cavab verib: "Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda
Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə
Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində